Rafael Ağayev finala yüksəldi

IV İslam Həmrəyliyi Oyunlarında daha bir idmançımız finala yüksəlib.

Yeniçağ.Az xəbər verir ki, söhbət Rafael Ağayevdən gedir. 75 kq. çəki dərəcəsində mübarizə aparan karateçimiz 1/8 finalda türkiyəli Erman Eltemuru 3:0 hesabı ilə məğlub edib. Bayraqdarımız növbəti mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhranidən üstün olub – 7:2.

Ağayev yarımfinalda malayziyalı Şarmendran Raqonafanı da məğlub etdikdən sonra finala vəsiqəni təmin edib – 5:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR