Bakı-2017: Karateçilərimiz 5 medal uğrunda mübarizə aparacaq

Bakı-2017: Karateçilərimiz 5 medal uğrunda mübarizə aparacaq
17:42 13 May 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın karate üzrə milli komandası IV İslam Həmrəyliyi Oyunlarında 5 medal uğrunda mübarizə aparacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, 55 kiloqramadək çəki dərəcəsində İlahə Qasımova finalda misirli idmançı Yassmin Attiya ilə yarışacaq. 61 kq-dək çəki dərəcəsində finalda Fəridə Abiyevanın rəqibi iranlı Rozita Əlipurkeşkaalesaad olacaq.

50 kq-dək çəki dərəcəsində yarımfinalda məğlub olmuş Nuranə Əliyeva bürünc medal uğrunda indoneziyalı Srunita Sukatendellə qarşılaşacaq.

Kişilər arasında qızıl medal uğrunda görüşə Rafael Ağayev çıxacaq. 75 kq-dək çəki dərəcəsində onun rəqibi pakistanlı Qulam Sədi olacaq.

60 kiloqramadək çəki dərəcəsində isə Firdovsi Fərzəliyev bürünc medal uğrunda indoneziyalı idmançı Suryadi Suryadi ilə mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR