"Kaspersky Lab": Növbəti 3 ildə bankların kiberfırıldaqçılıqla bağlı itkiləri artacaq

"Kaspersky Lab": Növbəti 3 ildə bankların kiberfırıldaqçılıqla bağlı itkiləri artacaq
17:57 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Mobil və internet bankçılıq istifadəçilərinın sayı bütün dünyada durmadan artsa da, "Kaspersky Lab" şirkətinin apardığı araşdırmanın nəticələri maliyyə institutlarının 24%-nin müştərilərin identifikasiyası ilə bağlı müəyyən çətinlik çəkdiyini göstərir. Şirkətdən "Report"a daxil olan məlumata görə, növbəti üç ildə bankların 59%-i kiberfırıldaqçıların fəaliyyəti nəticəsində itkilərin artacağını gözləyir. Bunu nəzərə alaraq, maliyyə təşkilatları üçün onlayn-xidmət istifadəçilərinin şəxsiyyətinin yoxlanılması məsələsi daha çox əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, "Maliyyə kibertəhdidləri" araşdırması "Kaspersky Lab"ın sifarişi ilə 2016-cı ildə 15 ölkənin maliyyə institutlarının 800 nümayəndəsi arasında keçirilib.
Araşdırmaya əsasən, 2016-cı ildə demək olar ki, hər üçüncü bank (30%) internet servislərlə bağlı kiberhadisələrlə qarşılaşıb: bu, əsasən fişinq və istifadəçi məlumatlarından qanunsuz istifadə ilə bağlı olub. Eyni zamanda, bank nümayəndələri bir şeydə razılaşırlar ki, təhlükəsizlik texnologiyaları istifadəçilərə mane olmamalıdır: respondentlərin 38%-ni internet-bankinqin qorunması və rahatlığı arasında balansın saxlanılmasının mürəkkəbliyi narahat edir.
"Təhlükəsizliyə olan yanaşmalardan banklar əlbəttə ki, istifadəçilərə böyük təsiri olmayanları seçir. Heç nəyə baxmayaraq, internet bankçılıq öz əsas üstünlüklərini saxlamalıdır: əməliyyatların tez və asan yolu kimi qalmalıdır. Biz həm şirkətləri, həm də onların müştərilərini qoruyan və bununla yanaşı, avtorizasiya prosesini çətinləşdirməyən texnologiyalar yaradırıq", - deyə “Kaspersky Fraud Prevention”nun rəhbəri Aleksandr Yermakoviç bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/kaspersky-lab-novbeti-3-ilde-banklarin-kiberfirildaqciliqla-bagli-itkileri-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR