Azərbaycan ağırlıqqaldıranı İslamiadada bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı İslamiadada bürünc medal qazanıb
18:07 13 May 2017
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandası 3-cü medalını qazanıb.
"Report"un məlumatına görə, bu nailiyyətə qadın ağırlıqqaldıranların mübarizəsində Səbinə Əzimova imza atıb. 53 kq çəki dərəcəsində çıxış edən Əzimova birdən 75 kq, təkanla 101 kq-ı ram edərək, iki hərəkətin cəmində 176 kq nəticə ilə bürünc medala sahib olub.
Bu çəkidəki digər atlet Gülçin Əlizadə iki hərəkətin cəmində 156 kq (70 kq + 86 kq) nəticə ilə 4-cü olub. Daha bir qadın ağırlıqqaldıran Mərziyyə Məhərrəmova (48 kq) iki hərəkətin cəmində 151 kq (66 kq + 85 kq) və kişi ağırlıqqaldıran Elmar Alıyev (56 kq) 233 kq (103 kq + 130 kq) göstərici ilə 6-cı olub. 
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 1 qızıl, 1 gümüş, 1 bürünc medal var. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-agirliqqaldirani-i-slamiadada-burunc-medal-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR