Dəniz Yılmaz pulunu alıb?

Dəniz Yılmaz pulunu alıb?
18:17 13 May 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor" Azərbaycan yığmasının futbolçusu Dəniz Yılmazın borcunu ödəyib. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatına açıqlamasında klubun prezidenti Ali Ay xəbər verib.

UEFA "ağ-yaşıllar"ın lisenziya tələbini qəbul etməmişdi. Buna səbəb kimi "Bursaspor"un 3 futbolçu - Dəniz Yılmaz, Tomaş Netsid və Bakaye Traoreyə borclu olması göstərilmişdi. Hər 3 oyunçu şikayət etdiyindən, Avropanın ali futbol qurumu "Bursaspor"a gələn mövsüm avrokuboklarda iştirak üçün lisenziya verməmişdi.
 
Bu məsələyə toxunan Ali Ay problemi özünün yoluna qoyacağını bildirib. O, 3 futbolçudan ikisinin borcunun artıq ödənildiyini vurğulayıb: "Bütün məsuliyyət mənimdi. Dəniz Yılmaz və Tomaş Netsidlə bağlı öhdəlikləri yerinə yetirdik. Yalnız Bakaye Traorenin 300 min avrosu qalıb. Dostlarımdan həmin borcu ödəməyəcəyimiz halda, hansı vəziyyətlə üzləşəcəyimizi soruşdum. Cavabında UEFA-dan lisenziya almağın problemə çevriləcəyini dedilər. Bu il avrokuboklara getməyəcəyimiz üçün o pulu ödəmədim. Onsuz da, klubda ödəyə biləcəyimiz pul da qalmadı".
 
Qeyd edək ki, Dəniz Yılmaz bir müddət əvvəl klubu FİFA-ya şikayət etməklə hədələdiyindən, komandadan uzaqlaşdırılmış və transferə çıxarılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR