"Aİ danışıqlarda "çirkli oyun"a əl atacaq" - Rəsmi London

"Aİ danışıqlarda "çirkli oyun"a əl atacaq" - Rəsmi London
18:42 13 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rəsmi Brüssel Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı danışıqlarda "çirkli oyun"a əl atacaq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson "Telegraph" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya 80 mlrd. funt sterlinq (103 mlrd. dollar) məbləğində qiymətləndirilən kompensasiyanı ödəmədən Aİ-ni tərk edə bilər: "Biz ödəniş etmədən gedə bilərik. Baş nazir Tereza Mey "razılaşmanın olmaması pis əqddən daha yaxşıdır" deyərkən tam haqlıdır".
 
Bir neçə gün B.Conson bəyan edib ki, rəsmi Brüssel Böyük Britaniyanın Aİ-ni tərk etməsinə mane olmaq istəyir. Digər britaniyalı nazir Ember Radd isə bildirib ki, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker aprelin 26-da Londonda baş tutan danışıqlardan sonra Tereza Meyə qarşı "düşmənsayağı" brifinqlər təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/544462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR