Marneulidə Milad bayramı qeyd olunub - FOTOSESSİYA

Marneulidə Milad bayramı qeyd olunub - FOTOSESSİYA
23:07 7 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 23:04 ]

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Kvemo Kartli bölgəsinin 7 rayonunda Milad bayramı qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsasən provaslav xristianlarının iştirakı ilə bölgədə fəaliyyət göstərən məbədlər ziyarət edilib və dualar oxunub, dini ayinlər icra edilib, şamlar yandırılıb.

 

Milad bayramı Marneulidə ikinci ildir ki keçirilir. Bu gün mərkəzi Rustaveli küçəsində təşkil edilən bayram tədbirini provaslav xristianlar "Alilo" adlanan xüsusi yürüş ilə başlayıblar. Yürüş iştirakçıları küçə boyu qarşıya çıxan insanları Milad bayramı münasibətilə təbrik edib, onlara bayramın adət-ənənəsinə görə xeyir-dua verib, xoşbəxtlik və sülh arzulayıblar.

 

Milad bayramına Marneulidə yaşayan azərbaycanlılar da qoşulublar.  Tədbir Marneuli rayon icra hakimiyyəti binası qarşısında davam edib. Tədbir zamanı toplanan şirniyyat və hədiyyələr, ianələr kimsəsiz uşaqlara, ailə vəziyyəti çətin olan insanlara və uşaq evlərinə paylanılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR