Ruhaninin reytinqi aşağı düşüb

Ruhaninin reytinqi aşağı düşüb
19:17 13 May 2017
36 Dünya
Ölkə mətbuatı
A- A+

İranda keçiriləcək prezident seçkisiöncəsi namizədlər arasında təşkil olunan televiziya debatlarından sonra hazırkı prezident və yenidən bu postu tutmağa iddialı olan Həsən Ruhaninin reytinqi aşağı düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu, mayın 12-də keçirilən teledebatdan sonra aparılan rəy sorğuları nəticəsində məlum olub.
Debatları izləyənlərin fikrincə, H.Ruhani və vitse-prezident İshaq Cahangiri çıxışlarında güclü arqumentlər təqdim edə və seçiciləri inandıra bilməyiblər. Rəyi soruşulanlar bildiriblər ki, hər iki namizəd tamamilə ayrı mövzulara diqqət yetiriblər, gördükləri və görəcəkləri işlərə toxunmayıblar. Halbuki onların əsas rəqibləri çıxışlarını daha çox təmsil etdikləri partiyaların proqramlarının detallarına həsr ediblər.
Debatlar zamanı İran prezidentliyinə namizəd, paytaxt Tehranın meri Məhəmməd Qalibaf öz vergi bəyannaməsini təqdim edib və digər namizədləri də vergi bəyannamələrini təqdim etməyə çağırıb. Eyni zamanda, o, H.Ruhanini və İ.Cahangirini 20 il öncə 1 dollara böyük torpaq sahəsi almaqda ittiham edib.
H.Ruhani isə cavabında bildirib ki, o, heç bir torpaq sahəsinə malik deyil. Prezident eyni zamanda deyib ki, istəsəydi M.Qalibafın bu seçkilərdə heç çıxışına da imkan verməzdi.
Qeyd edək ki, mayın 19-da İranda keçiriləcək prezident seçkisində 6 namizəd mübarizə aparacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR