Azərbaycan karateçisilər İslamiadada 1 gümüş, 2 bürünc medal qazanıb

Azərbaycan karateçisilər İslamiadada 1 gümüş, 2 bürünc medal qazanıb
19:27 13 May 2017
40 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan karateçisi İlahə Qasımova "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, 55 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə misirıi Yassmin Attianaya uduzub.
**** 18:37
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 60 kq çəkidə mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə indoneziyalı Suryadi Suryadi üzərində qələbə qazanıb - 6:0.
*** 18:17
Azərbaycan karateçisi Nuranə Əliyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 50 kq çəkidə mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə indoneziyalı Srunita Sukatendeli üstələyib - 2:1. Bu, ölkənin karatedə ilk medalı olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/azerbaycan-karatecisi-i-slamiadada-burunc-medal-qazandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR