Azərbaycanlı iş adamı itkin düşüb

Azərbaycanlı iş adamı itkin düşüb
19:32 13 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Luqansk vilayətində azərbaycanlı iş adamı itkin düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Luqansk vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Gəncə şəhərindən olan, 1970-ci il təvəllüdlü İsmayılov İsmayıl Qulu oğlu vilayətin Lisiçansk şəhəri ətrafında yaşadığı mülkdən yoxa çıxıb.

İş adamının səhər evdən çıxdığı və artıq bir həftədir geri dönmədiyi, onunla əlaqənin kəsildiyi bildirilir. İ.İsmayılov kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
 
Xatırladaq ki, Luqansk münaqişə bölgəsi olsa da, Lisiçansk Ukraynanın nəzarətindədir.

Qeyd edək ki, son vaxtlar Ukraynada bir sıra azərbaycanlı iş adamları, bəzilərinin isə övladları oğurlanır və onların sərbəst buraxılması üçün pul tələb olunur. Bir müddət öncə isə Azərbaycan şirkətlərinə məxsus 20-dən çox yük maşını oğurlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR