Boksçularımız üçün uğurlu gün - FOTOLAR

Boksçularımız üçün uğurlu gün - FOTOLAR
19:38 13 May 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edir.

Publika.az xəbər verir ki, boks millimizin daha üç üzvü bu gün rinqə çıxacaq. İlk olaraq mübarizəyə 75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı qoşulub. Desmond Amsterdamla (Qayana) üz-üzə gələn Olimpiya mükafatçımız rəqibinə heç bir şans verməyib. O, 5:0 hesabı ilə qalib gəlib. Şahsuvarlı 1/4 finalda İhsan Ərdoğanla (Türkiyə) gücünü yoxlayacaq. Görüş mayın 16-da olacaq. Məsud Yusifzadə də komanda yoldaşının uğurunu təkrarlayıb.

52 kq çəki dərəcəsində yarışan təmsilçimiz ilk görüşündə türkiyəli Ömər Koça qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Yusifzadə 1/4 finalda Abrorjon Kodırovla (Özbəkistan) qüvvəsini sınayacaq. Bu qarşılaşma mayın 16-da keçiriləcək.

81 kq-da yarışan Rauf Rəhimov isə Hafidz Adli Mohdu (Malayziya) yolundan kənarlaşdırmağa çalışacaq. Hər üç idmançımız yarışa 1/8 final mərhələsindən start verəcək.

Foto: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR