Türkiyənin kişi həndbolçuları finala yüksəldilər - FOTO

Türkiyənin kişi həndbolçuları finala yüksəldilər - FOTO
19:57 13 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Sərhədçi" İdman Olimpiya Mərkəzində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının kişi həndbolçuları yarışının sonuncu yarımfinal matçında Türkiyə ilə Əlcəzair komandaları qarşılaşıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Əlcəzair komandasının bütün səylərinə baxmayaraq oyunun ilk hissəsi türkiyəli həndbolçuların xeyrinə başa çatıb - 14:9. Gərgin idman mübarizəsi şəraitində keçən matçın ikinci hissəsində əlcəzairli həndbolçular 13:12 hesablı qələbə qazanıblar. Ümumi hesab 26:22 nəticələnən matç Türkiyə komandasının qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, finalda Türkiyə komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR