İmami-zamanın (ə) “böyük qeybəti” və “kiçik qeybəti” nə demədir?

İmami-zamanın (ə) “böyük qeybəti” və “kiçik qeybəti” nə demədir?
20:22 13 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

XII imam Həzrət Mehdinin (ə) qeybə çəkildiyi, yəni insanlardan gizli qaldığı müddətə qeybət dövrü deyilir. Qeybət dövrü iki hissəyə bölünür. Kiçik qeybət dövrü hicri-qəməri 260-cı (miladi 874-cü il) ildən hicri-qəməri 329-cu (miladi 941-ci) ilə kimi davam etmişdir. Bu müddətdə Həzrət Mehdi (ə) insanlarla 4 nəfər naib vasitəsilə əlaqə saxlayırdı. Biri vəfat edərkən o biri onu əvəz edən naiblər İmamla şəxsən görüşür, insanların sual və istəklərini Ona təqdim edir, Onun yazılı və şifahi cavablarını camaata çatdırırdılar.

Milli.Az islam.az-a istinadən bildirir ki, 941-ci ildə dördüncü naibin vəfat etməsi ilə kiçik qeybət dövrü başa çatdı və böyük qeybət mərhələsi başlandı. Böyük qeybət dövründə İmam Mehdinin (ə) xüsusi təyin edilmiş naibləri yoxdur. Hər kəs naiblik iddiası ilə çıxış etsə, ona inanmağa vəzifəli deyilik. Bəzi inanılmış şəxslər Onunla görüşsələr də, bu görüşlər çox zaman gizli çaxlanılır, İmamı görənlər özlərini camaata aşkar şəkildə təqdim etmirlər. Böyük qeybət dövrü indi də davam edir və İmam Mehdinin (ə) zühuru ilə başa çatacaq. Böyük qeybət dövründə müctəhidlər İmamın ümumi nümayəndəsi sayılırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR