Xərçəngin dərmanları yaxşılaşdıqca bahalaşır

Xərçəngin dərmanları yaxşılaşdıqca bahalaşır
20:22 13 May 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Əksər xəstəliklərin dərmanlarının effektivliyi artdıqca onların qiymətində az da olsa ucuzlaşma hiss edildiyi halda, xərçəng dərmanları getdikcə bahalaşır.

Məqalədə deyilir ki, xərçəng xəstəliyinin miqyası sürətlə genişlənir və tezliklə adamların beşdə ikisi ömrünün hansısa məqamında xərəçəng xəstəliyi tapacağını gözləməlidir. Bu, dərmanların və müalicənin səmərəliliyinin az olması ilə yox, əslində həyat keyfiyyətinin yüksəlməsi və adamların daha uzun ömür yaşaması ilə bağlıdır.

Milli.Az BBC-yə istinadən bildirir ki, məhz buna görə də son on ildə bəzi xərçəng preparatlarının istehsalı 60 faiz artıb.

Ən son zamanlarda 600-dək müxtəlif xərçəng növlərinin müalicəsində istifadə olunan preparatların istehsalına icazə verilib. Xərçəng xəstəliyinin müalicəsi üçün nəzərdə tutulmuş dərmanlar daha tez rəsmən təsdiq edilir.

Xərçəng xəstəliklərinin müəyyən növünün müalicəsi üçün işlədilən dərman preparatlarının çeşidi də artır. Mayın əvvəllərində Amerikanın Qida və Dərmanlar Administrasiyası Durvalumab (başqa adı İmfinzidir) adlı dərmanı istehsalat üçün təsdiq edib. Britaniya firmasının istehsal etdiyi bu dərmanın bir il müddətində müalicə üçün buraxılan miqdarının topdan satış qiyməti 180 min dollardır.

Əsasən sidik kisəsi xərçənginin müalicəsində istifadə olunan İmfinzi xərçəng dərmanlarının yeni kareqioriyasına daxildir. Bu qəbildən olan dərmanlar müəyyən molekulyar hədəflər üzərinə işləməklə pasientlərin immun sisteminin güclənməsinə və orqanizmin özünün xəstəliyə müqavimət göstərməsinə imkan yaradır.

Ameikanın pembrolizumab (Keytruda), Britaniyanın nivolumab (Opdivo) və İsveçrə istehsalı olan atezolizumab (Tecentriq) belə dərmanlardandır.

"The Economist" yazır ki, bu dərmanların bahalığı hökumətlərin, sığortaçıların və pasientlərin narazılığına səbəb olur. Vəziyyəti çətinləşdirən budur ki, ayrı-ayrılıqda da ucuz olmayan bu dərmanlardan bəzilərini eyni pasient birlikdə qəbul etməlidir.

Belə bir şəraitdə hansı xərçəng dərmanından istifadə məsələsində səhvə yol verilməsi həqiqətən də ölüm-həyat məsələsinə çevrilir.

Digər bir təklif isə bundan ibarətdir ki, dərmanların pulu onların effektivliyinə uyğun olaraq ödənsin.

"The Economist" yazır ki, bütün məntiqliyinə baxmayaraq bu yanaşama da təcrübədə özünü doğrultmur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR