Qızıl mükafatçımız: "Rəqiblərim güclü idi"

Qızıl mükafatçımız: "Rəqiblərim güclü idi"
20:37 13 May 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

"Final görüşündə rəqibim güclü idi, lakin bütün gücümü sərf edərək qalib gəlməyi bacardım".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistərə IV İslam Həmrəyliyi Oyunlarının cüdo üzrə qızıl mükafatçısı Orxan Səfərov deyib.

O qeyd edib ki, finalda görüşdüyü türkiyəli cüdoçu ilə indiyə kimi 3 dəfə qarşılaşıb: "Bu görüşlərin birində o, ikisində isə mən qalib olmuşdum. İki həftə öncə onu Avropa çempionatına çətinlik çəkmədən məğlub etmişdim. Bu dəfə o mənimlə görüşə tam başqa cür çıxmışdı. Ona görə finalda bir az mənə çətin oldu".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

MƏQALƏDƏ: cüdo İslam Həmrəyliyi Oyunları

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR