Ağrıkəsicilər infarkt təhlükəsini 100% artırır

Ağrıkəsicilər infarkt təhlükəsini 100% artırır
20:42 13 May 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan yeni bir araşdırma nəticəsində, yüksək dozada ağrıkəsici istifadəsi ilə infarkt arasında bir əlaqənin mövcudluğu aşkarlanıb.

BMJ jurnalında dərc olunan araşdırmada Kanada, Finlandiya və Böyük Britaniyadan 446763 nəfərin sağlamlıq göstəriciləri təhlil olunub.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaya imza atan beynəlxalq dərəcəli alimlər qeyri-steroidal iltihab əleyhinə dərmanlar (NSAİ-non-steroidal anti-inflamatuar) istifadə edən insanların sağlamlıq vəziyyətlərinə diqqət ediblər. Araşdırmada infarkt riskinin ən yüksək olduğu dövr, ağrıkəsici istifadəsinin ilk 30 günü kimi qəbul olunub.
 
NSAİ dərmanlar tibb elmində ağrı, hərarət və iltihabı azaldan dərmanların ümumi adı kimi istifadə edilir. Bu dərmanların adında oxşar təsirlərə malik olan kortizondan fərqləndirmək üçün "non-steroidal" ifadəsi var.
 
Araşdırmaya görə, alimlər reseptli ağrıkəsicilərin hələ ilk həftədə infarkt riskini artırmağa başladığını və xüsusilə ilk ay ərzində riskin ən yüksək səviyyəsinə çatdığını müəyyən ediblər.
 
Ancaq alimlər digər bir çox faktorun da olması səbəbilə infarkt ilə ağrıkəsici arasında bir əlaqə olduğunu qəti bir şəkildə deməyə çətinlik çəkiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR