Rafael Ağayev İslamiadada Azərbaycana qızıl medal qazandırdı

Rafael Ağayev İslamiadada Azərbaycana qızıl medal qazandırdı
20:43 13 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının karate yarışında 75 kq çəki dərəcəsində qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, finalda Azərbaycan idmançısı Rafael Ağayev pakistanlı Qulam Sədi ilə qarşılaşıb.

5 qat dünya çempionumuz R.Ağayev rəqibinə göz açmağa imkan verməyib - 4:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR