İslamiada: Voleybolçularımız Tacikistana qalib gəldi - FOTOLAR

İslamiada: Voleybolçularımız Tacikistana qalib gəldi - FOTOLAR
20:53 13 May 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışları davam edir.

Publika.az xəbər verir ki, qadınlardan ibarət millimiz də növbəti oyununu keçirib. İlk oyunda rahat qələbə qazanan Faiq Qarayevin yetirmələri bu dəfə Tacikistanla üz-üzə gəlib.

Türkiyə ilə birlikdə turnirin əsas favoritlərindən biri olan millimiz qələbə seriyasını davam etdirib. 3:0 (25:9, 25:7, 25:10) hesabı ilə Tacikistana qalib gələn milli komandamız, bu qələbə ilə qrupdakı vəziyyətini yaxşılaşdırıb.

İslam Həmrəyliyi Oyunları

Qadınlar

II tur

Azərbaycan – Tacikistan - 3:0 (25:9, 25:7, 25:10)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

Qeyd edək ki, yığmamız ilk oyununda Qırğızıstanı 3:0 (25:7, 25:3, 25:8) darmadağın edib.

Fotolar: Nurlan Gülməmmədov


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR