Marina Durunda: "Azərbaycan himnini oxumaq bizim üçün şərəf idi"

Marina Durunda: "Azərbaycan himnini oxumaq bizim üçün şərəf idi"
21:17 13 May 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ "Çox şadıq ki, bütün ölkənin ümidlərini doğrulda bildik. Bu gün mükafatlandırma mərasimində Azərbaycan himnini oxumaq bizim üçün şərəf idi". 
"Report"un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın bədii gimnastika komandasının üzvü Marina Durunda deyib. M.Durunda bildirib ki, bugünki qalibiyyət hissini sözlə ifadə etmək çətindir: "Bizi hər zaman həm tamaşaçılar, həm federasiyada dəstəkləyirlər. Onlar bizim dayağımızdır". 
O əlavə edib ki, yarışlarda onların ən çətin rəqibi ikinci yer tutan Özbəkistan komandası olub. 
Fərdi yarışlardakı finalla da bağlı fikirlərini bölüşdürən M. Durunda vurğulayıb ki, bu gün etdiyi səhvləri sabah təkrarlamamağa çalışacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/marina-durunda-azerbaycan-himnini-oxumaq-bizim-ucun-seref-idi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR