Fəridə Abiyeva: "Bu dəfə məğlub ola bilməzdim"

Fəridə Abiyeva: "Bu dəfə məğlub ola bilməzdim"
21:22 13 May 2017
233 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ "Çox həyəcanlıyam. Güclü hazırlaşmışdım. İnamlı qələbə qazandım. Sevincimin həddi-hüdudu yoxdur, bilmirəm nə danışım". 
"Report"un məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateçisi Fəridə Abiyeva deyib.
61 kq çəkidə mübarizə aparan idmançı bildirib ki, ən çətin görüşü yarımfinalda özbəkistanlı Barno Mirzəyevaya qarşı olub: "Ona əvvəlki iki yarışda uduzmuşdum. Bu dəfə məğlub ola bilməzdim. Qələbəni Azərbaycan xalqına həsr edirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/feride-abiyeva-bu-defe-meglub-ola-bilmezdim

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR