Futbolçunun xanımı məşhur iş adamı ilə qala gecədə - FOTOLAR

Futbolçunun xanımı məşhur iş adamı ilə qala gecədə - FOTOLAR
21:53 13 May 2017
128 Şou
Ölkə mətbuatı
A- A+

Viktoriya Bekhem dünən hər il Nyu Yorkda keçirilən Onkoloji xəstəliklərin (xüsusilə, süd vəzi xərçəngi) öyrənilməsi məsələlərilə məşğul olan müəssisənin xeyriyyə tədribində iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Devid Bekhemin 43 yaşlı həyat yoldaşı və məşhur modelyer adlı-sanlı adamların toplandığı gecənin ən əziz qonaqlardan biri olub. Viki gecə üçün tünd göy rəngili, ciddi tərzdə, amma kürəyi açıq kombinezona üstünlük verib.

Britaniya aktrisası Elizabet Herli və Treysi Anderson modelyerdən fərqli olaraq gecəyə təmtəraqlı ziyafət libaslarında gəlib.

Qeyd edək ki, “Estee Lauder” moda korporasiyasının banisinin oğlu və biznesmen Leonard Lauder gecənin brendinin əsas təsisçilərindən biri olub. O, tədbirə xanımı Cudi Qlikman ilə birlikdə gəlib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/198671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR