Rafael Ağayev: Azərbaycan xalqı qarşısında baş əyirəm

Rafael Ağayev: Azərbaycan xalqı qarşısında baş əyirəm
22:02 13 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Böyük dəstəyə görə Azərbaycan xalqı qarşısında baş əyirəm. Trend-in məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Azərbaycan karateçisi Rafael Ağayev deyib.

İdmançı ölkə başçısı Prezident İlham Əliyevə göstərdiyi dəstək və qayğıya görə minnətdarlığını ifadə edib.

O deyib: "İndi hisslərimi ifadə etmək çox çətindir. Çox sevincliyəm. Bütün idmançılarımıza qələbə, qızıl medal arzu edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR