Allahın "əl-Vəkil" adının mənası

Allahın "əl-Vəkil" adının mənası
22:17 13 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Əl-Vəkil sözü etimad edilən, eləcə də qoruyan, zamin duran deməkdir.

Milli.Az zikr.az-a istinadən bildirir ki,Allahın əl-Vəkil adı Qurani-Kərimdə on dörd dəfə zikr edilir. Uca Allah buyurur:

"Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır (Vəkil). Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır" (əz-Zumər, 62-63).
"Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır" (əl-Ənam, 102)
Əl-Vəkil olan Allah bəndələrinin işlərində onlara kifayət edəndir. Hər kim öz işində Allaha təvəkkül edərsə, himayəçi olaraq Allah ona yetər. Uca Allah buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər" (ət-Talaq, 3).
Təvəkkül nədir?
Təvəkkül kiməsə və ya nəyəsə arxayın olmaq deməkdir. Allaha təvəkkül etmək isə xeyir qazanmaq və ya zərəri dəf etmək üçün Allahın buyurduğu və izn verdiyi səbəblərdən tutaraq hər hansı bir işi Uca Allaha həvalə etmək, Ona bel bağlamaq deməkdir. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər. Uca Allah buyurur:
"Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (əl-Maidə, 23). 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR