İslamiada: Prezident karateçilərə medalları təqdim etdi

İslamiada: Prezident karateçilərə medalları təqdim etdi
22:23 13 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında karate yarışında qaliblərin mükafatlandırılması davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri 6 çəki dərəcəsindən 5-də medal qazanıblar.

Rafael Ağayev (75 kq) kişilərin, Fəridə Abıyeva (61 kq) isə qadınların yarışında bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mükafatlandırma mərasimində hər iki idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Daha sonra dövlət himni sədaları altında bayrağımız dalğalanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR