"Azərbaycan xalqı qarşısında baş əyirəm" - Rafael Ağayev

"Azərbaycan xalqı qarşısında baş əyirəm" - Rafael Ağayev
22:27 13 May 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

Böyük dəstəyə görə Azərbaycan xalqı qarşısında baş əyirəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Azərbaycan karateçisi Rafael Ağayev deyib.

İdmançı ölkə başçısı Prezident İlham Əliyevə göstərdiyi dəstək və qayğıya görə minnətdarlığını ifadə edib.

O deyib: "İndi hisslərimi ifadə etmək çox çətindir. Çox sevincliyəm. Bütün idmançılarımıza qələbə, qızıl medal arzu edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544528.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR