Fəridə Abıyeva: Vətənimdə məğlub ola bilməzdim

Fəridə Abıyeva: Vətənimdə məğlub ola bilməzdim
22:36 13 May 2017
140 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İslam Həmrəyliyi Oyunlarında məğlub ola bilməzdim, çünki Vətənimdə çıxış edirdim. Trend-in məlumatına görə, bunu İslam Həmrəyliyi Oyunlarının çempionu Fəridə Abıyeva deyib.

O deyib: "Hisslərimi ifadə etməyə söz tapmıram. Mən çox xoşbəxtəm və qələbəmi Azərbaycan xalqına həsr edirəm".

F.Abıyeva azarkeşlərə də dəstəklərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR