Afaq Sultanova da İslamiadanın qızıl medalını qazandı - FOTO

Afaq Sultanova da İslamiadanın qızıl medalını qazandı - FOTO
22:42 13 May 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışının finalında qalib gələn Afaq Sultanova Azərbaycana doqquzuncu qızıl medalı qazandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Azərbaycanın digər idmançısı Sevda Vəliyeva üzərində qalib gələrək çempion adını qazanıb.

Paralimpiyaçı idmançımız Afaq Sultanova Azərbaycanı dəfələrlə Yay Paralimpiya Oyunlarında təmsil edib. O, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarının, 2010-cu və 2011-ci illərdə dünya çempionatlarının qızıl medalçısıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR