Azərbaycan idmançılarının “Bakı-2017”də altıncı qızıl medalı - FOTO

Azərbaycan idmançılarının “Bakı-2017”də altıncı qızıl medalı - FOTO
22:42 13 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında xalqımıza altıncı qızıl medal sevincini yaşadıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kişilər arasında 73 kiloqram çəki dərəcəsində yarışın finalında digər idmançımız Rüstəm Orucov ilə qarşılaşan Hidayət Heydərov qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, bu il Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu"su xüsusi mükafatına da layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR