"Məndə olan Aygündə yoxdur..." - Faiq Ağayev

"Məndə olan Aygündə yoxdur..." - Faiq Ağayev
22:47 13 May 2017
164 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev şou-biznesdəki saxta dostluqlardan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Lider maqazin"ə açıqlamasında bildirib ki, bu aləmdə sevmədiyi insanlar çoxdur:

"Bizim aləm həqiqət yox, nağıldır. Yalançı dostluqlar, münasibətlər, düşmənçiliklər, qalmaqal, mehribanlıq çoxdur. Qəlbə dəymək asandır, yetər ki insan etiraf etsin. Kimsə deyəndə çox dostum var, ona şübhə ilə yanaşıram. Bu aləmdə elə insanlar var ki, onlara arxayın olmaq olar. Adlarını dilə gətirməyəcəm ki, göz dəyər. Xoşlamadıqlarım da var, amma onların varlığı məni narahat etmir. Hər zaman çalışmışam ki, bu aləmdə küsülü insanları barışdırım. 1990-larda indiki kimi asan deyildi, Aygün Kazımova kinolentə klip çəkdi. Ancaq mənə bu qıcıq vermədi. Əksinə mən də konsertlərlə onu keçməyə çalışdım. Həmkarlarımın uğuruna sevinirəm. Məndə olan Aygündə, Aygündə olan məndə yoxdur. İnsanı həyatından silmək üçün ən yaxşı yol onu bağışlamaqdır". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR