İslamiada: daha üç boksçusumuz 1/4 finala yüksəldi - FOTO

İslamiada: daha üç boksçusumuz 1/4 finala yüksəldi - FOTO
23:12 13 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 13-də IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, boks yarışlarının ikinci günündə millimizin üç üzvü rinqə çıxıb.

Oyunlarda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə ilk görüşünü türkiyəli Ömər Koça qarşı keçirib. Rəqibini 5:0 hesabı ilə məğlub edən boksçumuz dörddəbir finala adlayıb.

M.Yusifzadə növbəti mərhələdə özbəkistanlı Abrorjon Kodırov ilə üz-üzə gələcək. Görüş mayın 16-da keçiriləcək.

Olimpiya Oyunlarının mükafatçısı Kamran Şahsuvarlı (75 kq) da yarışa qələbə ilə başlayıb. Qayana təmsilçisi Desmond Amsterdamı 5:0 hesabı ilə məğlub edən boksçumuz dörddəbir finala yüksəlib. K.Şahsuvarlı dörddəbir finalda ilk mərhələdən azad olan türkiyəli İhsan Ərdoğan ilə qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq.

Səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulan digər boksçumuz Rauf Rəhimov (81 kq) Hafidz Adli Mohdu (Malayziya) ilə görüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edib. R.Rəhimovun dörddəbir final görüşü mayın 16-da keçiriləcək. İdmançımız həmin görüşdə Əli Xan ilə (Pakistan) üz-üzə gələcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR