Xanım Hüseynova gümüş medala yiyələndi - FOTO

Xanım Hüseynova gümüş medala yiyələndi - FOTO
23:17 13 May 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Mayın 13-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışında Azərbaycan idmançısı Xanım Hüseynova ölkəmizə növbəti medalı qazandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən X.Hüseynova həlledici qarşılaşmada Türkiyə idmançısı Busra Katıpoğluna məğlub olaraq gümüş medalla kifayətlənməli olub.

İdmançımız finala gedən yolda Türkmənistan və Tunis idmançılarını mübarizədən kənarlaşdırıb.

Dörd il əvvəl Azərbaycan çempionatında qalib gələn X.Hüseynova 2015-ci ildə birinci Avropa Oyunlarında mübarizəni səkkizdəbir finalda dayandırmışdı. Bu medal onun karyerasında qazandığı ən böyük uğurdur.

© Materiallardan istifadə edərkən hip

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR