Diana Hacıyeva “Eurovision 2017”-nin finalında oxudu

Diana Hacıyeva “Eurovision 2017”-nin finalında oxudu
00:18 14 May 2017
105 Şou
Ölkə mətbuatı
A- A+

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu davam edir.

Publika.az apa-ya istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq Skeletons mahnısını səsləndirib.

Qeyd edək ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/198690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR