Mariana Vasilyeva: Bu gün qazandığımız qızıl medal tarixidir

Mariana Vasilyeva: Bu gün qazandığımız qızıl medal tarixidir
00:22 14 May 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün qazandığımız qızıl medal tarixidir və buna görə də xüsusilə yadda qalacaq.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva deyib.

Azərbaycanın bədii gimnastika yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Komandamızın baş məşqçisi təəssüratlarını Trend-in oxucuları ilə bölüşüb.

Vasileva bildirib: "Belə hisslər təkcə "qızılın"dan ola bilər. Amma mənim üçün ən önəmlisi odur ki, qızlar layiqincə çıxış etdilər. Oyunları qabaq komanda kifayət qədər ağır vəziyyətdə idi, ona görə ki, komandanın lideri Marina Durunda ciddi zədə alıb və indiyə qədər axıra qədər saxalmayıb. Üstəlik o, çox həyəcanlı idi, çünki bu onun üçün son 7 ay ərzində ilk start idi. Zöhrə Ağamirova təcrübəsiz idmançı olmasına baxmayaraq özünü çox yaxşı göstərdi. Mən hesab edirəm ki, qızlar bacardılar".

Baş məşqçi bu qızıl medalı tarixi adlandırıb, belə ki, hazırki İslam Həmrəyliyi Oyunları proqramına bədii gimnastika salınmış ilk oyunlardır: "Çox yaxşı haldır ki, ilk medal məhz bədii gimnastika oldu. Sabah, ümid edirəm ki, həm fərdi finallarda həm də idman gimnastikasında bu uğuru davam etdirmək olacaq. Amma bu ilk medaldır və əlbəttə ki, bütün birinci həmişə xüsusi yadda qalır. Ümid edirəm ki, bu medal sonuncu olmayacaq və gələcəkdə dünya çempionatında çox arzu etdiyimiz fəxri kürsüyə qalxa olacayıq".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR