Ramilə Kaştayeva: "Əsas hədəf 2020-ci ildə Tokioda keçiriləcək Olipiadadır"

Ramilə Kaştayeva: "Əsas hədəf 2020-ci ildə Tokioda keçiriləcək Olipiadadır"
00:37 14 May 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ "Paralimpiyada ilk yarışım olduğundan üzərimdə böyük məsuliyyət hissi var idi və yarışlara qədər çox məşq etmişdim. Bizə inanların etimadını doğrultdum".
"Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 70 kq çəkidə paracüdoçuların mübarizəsində qızıl medal qazanan Ramilə Kaştayeva deyib.
R.Kaştayeva rəqiblərinin sayının az olmasından təəssüflənmədiyini bildirib:
"Bu, islam oyunlarıdır. Burada Özbəkistan, Əlcəzair, Türkiyə idmançıları yarışır. Onlar güclü idmançılardır. Mənim ilk rəqibim özbək Olimpiya üçüncüsü idi. İkincisi isə öz həmvətənimiz oldu".
Qızıl medalçı deyib ki, əsas hədəfi "Tokio-2020"də qızıl medal almaqdı:
"Əsas hədəfimiz 2020-ci ildə Tokioda keçiriləcək Olipiadadır. Amma avqustda Avropa və gələn il dünya çempionatına da hazırlaşıram".

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/ramile-kastayeva-esas-hedef-2002-ci-ilde-tokioda-kecirilecek-olipiadadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR