Mehriban Əliyeva İslamiadada bədii gimnastika yarışlarının qaliblərini mükafatlandırıb

Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında komanda hesabında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Metbuat.az bildirir ki, mükafatlandırma mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Bu yarışmada Azərbaycan yığması qalib gəlib. Özbəkistan ikinci, Türkiyə komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR