Turanə Ağayeva: "Finalda uduzsam da, əsas odur Azərbaycan himni səsləndi"

Turanə Ağayeva: "Finalda uduzsam da, əsas odur Azərbaycan himni səsləndi"
01:32 14 May 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 may. REPORT.AZ/ "İslam Oyunlarında iştirak etməyimə çox şadam. Xoşbəxtəm. Özümə çox inanırdım".
Bunu "Report"a açıqlamasında cüdo üzrə gümuş medal qazanan paralimpiyaçı Turanə Ağayeva deyib.
T.Ağayeva rəqibinə məğlub olmasına da aydınlıq gətirib:
"Finalda qalib olmaq istəyərdim, amma rəqibim Ramilə məndən həm yaş, həm də təcrübə baxımından üstün idi. Əsas odur ki, Azərbaycan himni səsləndi. Gələn yarışlarda iki yox, birinci yeri tutmağa çalışacağam".
Cüdoçu deyib ki, qarşıda bir neçə qran-pridə, Avropa və dünya çempionatlarında, həmçinin "Tokio 2020"də iştirak etməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/turane-agayeva-finalda-uduzsam-da-esas-odur-azerbaycan-himni-seslendi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR