Livanlı gimnast: Bədii gimnastikanın İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi regionda bu idman növünün inkişafına kömək edəcək

Livanlı gimnast: Bədii gimnastikanın İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi regionda bu idman növünün inkişafına kömək edəcək
01:36 14 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elena Kosolapova - Trend:

Bədii gimnastika hələ islam ölkələrində çox inkişaf etməyib və bu idman növünün İslam Həmrəyliyi Oyunlarına daxil edilməsi çox vacibdir, çünki regionda onun inkişafına kömək edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə livanlı idmançı Alisa Sadek deyib.

Sadek deyib: "Hamısı ən güclü gimnastların arxasınca gedəcək".

Livanlı idmançı qeyd edib ki, onun kumiri bədii gimnastika üzrə olimpiya və yeddiqat dünya çempionu Marqarita Mamundur.

İdmançı bildirib ki, artıq 11 ildir bədii gimnastika ilə məşğul olur.

Açılış mərasimində danışan gimnast qeyd edib ki, o mərasim onun çox xoşuna gəlib və olduqca həyacanlı idi, çünki Livanın bayrağını daşımaq şərəfi məhz ona nəsib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR