Qatarı relsdən çıxaraq evə çırpıldı

Qatarı relsdən çıxaraq evə çırpıldı
02:14 14 May 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Saloniki şəhəri yaxınlığında Afina-Saloniki sərnişin qatarı relsdən çıxaraq evə çırpılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alanlar var.

 

Qəza zamanı qatarda 100-dək sərnişin olub. İnsident yerli vaxtla 21.40-da (Bakı vaxtı ilə 22.40-da) baş verib.

 

Məlumata görə, elektrovoz və 5 vaqon relsdən çıxıb. Relsdən çıxan elektrovoz yaxınlıqdakı evə çırpılıb.

 

Hadisənin səbəbləri müəyyənləşdirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR