“Eurovision 2017” mahnı müsabiqəsinin qalibi 758 xalla Portuqaliya təmsilçisi Salvador Sobral olub

“Eurovision 2017” mahnı müsabiqəsinin qalibi 758 xalla Portuqaliya təmsilçisi Salvador Sobral olub
02:39 14 May 2017
170 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 13-də Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

 

“APA Holdinq”in Kiyevə ezam olunmuş əməkdaşının məlumatına görə, “Eurovision 2017” mahnı müsabiqəsinin birincisi bu ilki təmsilçilər arasında  Portuqaliya təmsilçisi Salvador Sobral olub. O,  Amar Pelos Dois mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib.  Azərbaycan təmsilçisi Diana Hacıyeva isə 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub.

 

Qeyd edək ki, Ukraynada keçirilən 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. “Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdiriblər. Azərbaycan təmsilçisi Diana Hacıyeva  səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib. 

 

Beləliklə, “Eruovision 2018” yarışması  Portuqaliyada baş tutacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR