Marina Durunda: Biz xoşbəxtik ki, ölkəmizin ümidlərini doğrultduq

Marina Durunda: Biz xoşbəxtik ki, ölkəmizin ümidlərini doğrultduq
02:50 14 May 2017
167 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elena Kosolapova - Trend:

Azərbaycan yığma komandası İslam Həmrəyliyi Oyunlarındakı nəticələrindən çox razıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan yığmasının lider Marina Durunda deyib.

Durunda deyib: "Biz xoşbəxtik ki, ölkəmizin ümidlərini doğrultduq, fəxri kürsüdə himn oxumaq isə böyük bir şərəfdir".

Onun sözlərinə görə, azarkeşlərin dəstəyi komandanı çox həvəsləndirirdi: "Azərbaycanda bizi həmişə çox isti qarşılayırlar və çıxış etmək çox xoşdur".

Azərbaycanlı gimnast, həmçinin, qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası komandaya çox böyük dəstək göstərir.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753838.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR