Sərnişin qatarı relsdən çıxaraq evə girdi

Sərnişin qatarı relsdən çıxaraq evə girdi
04:58 14 May 2017
126 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda kuryoz qəza baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Afina-Saloniki marşrutu üzrə hərəkət edən "Intercity" sərnişin qatarı relsdən çıxaraq yaşayış evinə girib. Qatarda 100-ə yaxın sərnişinin olduğu və onlardan bəzilərinin xəsarət aldığı qeyd olunur.

Məlumata görə, relsdən elektrovoz və beş vaqon çıxıb.

Hadisə yerində "təcili yardım" və yanğınsöndürmə briqadaları işləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR