Ərdoğan Çinli həmkarı ilə görüşdü

Pekində ÇXR-in sədri Si Tsinpin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub.

Metbuat.az bildirir ki,, Ümumçin xalq nümayəndələri məclisinin binasının önündə Türkiyənin dövlət başçısı rəsmi mərasimlə qarşılanıb.

Sonra geniş tərkibdə danışıqlar keçirilib. Müzakirələr mətbuat üçün qapalı rejimdə təxminən 45 dəqiqə davam edib. Danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanıb.

İmzalanma mərasimində ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan iştirak ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR