Gənc qadın silahlı insidentin qurbanı oldu

Türkiyənin İzmir şəhərində iki qrup arasında silahlı insident baş verib.

Metbuat.az bildirir ki, hadisənin yaşandığı ərazidən keçən 38 yaşlı Neşe Karaca güllə yarası alıb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub. Silahlı qarşıdurmanın səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR