Özbəkistanlı gimnast: "Bədii gimnastika üzrə Azərbaycan yığması çox güclü rəqibdir"

Özbəkistanlı gimnast: "Bədii gimnastika üzrə Azərbaycan yığması çox güclü rəqibdir"
09:27 14 May 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə Azərbaycan yığması çox güclü rəqiblərdir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə Özbəkistan gimnastı Səbina Taşkenbayeva deyib.

Eyni zamanda, Taşkenbayeva qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edən digər ölkələrin gimnastları da kifayət qədər təcrübəlidir: "Hər bir gimnast nədəsə yaxşıdır. Ən başlıcası təmiz çıxış etmək və səhv etməməkdir".

Özbəkistan yığması IV İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə komanda hesabında ikinci yeri tutub. Qızıl medalları Azərbaycan komandası qazanıb.

Özbəkistanlı idmançı qeyd edib ki, öz və komanda həmkarlarının çıxışından razı qalıb.

Gimnast, həmçinin bildirib ki, ikinci dəfədir ki Bakıda yarışda iştirak edir - ilk dəfə aprelin sonunda dünya Kubokuna qatılıb.

Onun sözlərinə görə, ilk gəlişində bir az gəzmək və İçəri şəhəri görməyə nail olub. Taşkenbayeva bildirib ki, "Brilyant əl" filminin çəkildiyi yerləri görmək ona çox maraqlı idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR