İslamiadanın idman gimnastikası yarışlarında ikinci günə start verilib - FOTO

İslamiadanın idman gimnastikası yarışlarında ikinci günə start verilib - FOTO
09:47 14 May 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası üzrə yarışların ikinci günü keçirilir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu gün kişilər arasında dayaqla tullanma hərəkətləri, dəstəli at üzərində hərəkətlər və paralel qollarda hərəkətlərdə təsnifat yarışları keçiriləcək. Qadınlar isə xalça üzərində sərbəst hərəkətlər və dayaqla tullanma üzrə finala yüksəlmək üçün mübarizə aparacaqlar.

Azərbaycanı yarışlarda kişilər arasında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Yuliya İnşina və Ekaterina Tişkova təmsil edəcəklər.

Həmçinin çıxışların nəticələrinə görə, komanda hesabında mükafatçılar məlum olacaq.

Yarışın ilk günündən sonra qadın komandaları arasında Azərbaycan yığması liderdir. Yığmamızın hesabında 50.850 xalı var. İkinci yeri Türkiyə yığması 48.400 xalla tutub, üçüncü yerdə 44.500 xalla İndoneziya yığması qərarlaşıb.

Azərbaycanın kişilərdən ibarət yığma komandası idman gimnastikası üzrə ilk günün nəticələrinə görə 80.850 xalla ikinci yeri tutur. Birinci yerdə 82.500 xalla Türkiyə, üçüncü yerdi isə 75.800 xalla İran yığmasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR