Yunanıstanda qatar relsdən çıxdı: 4 ölü, 5 yaralı

Yunanıstanda qatar relsdən çıxdı: 4 ölü, 5 yaralı
10:05 14 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda Avina-Saloniki sərnişin qatarının relsdən çıxaraq qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb. 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə,  bu barədə TRAINOSE dəmir yolu şirkətinin açıqlamasında bildirilir.

"21.45-də (Bakı vaxtı ilə 22.45-də) Afina-Saloniki reysi ilə 70 sərnişin daşıyan "Intercity 58" qatarı Adendros stansiyası yaxınlığında indiyədək məlum olmayan səbəblərdən relsdən çıxıb. Qəza nəticəsində 4 sərnişin ölüb, maşinist daxil olmaqla 5 nəfər xəsarət alıb", - məlumatda bildirilir.  

Qəza ilə əlaqədar qatarların hərəkətində dəyişiklik baş verməyib.

Hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR