Şimali Koreya raket atdı

Şimali Koreya Cənubi Koreyada yeni prezident seçilməsindən bir neçə gün sonra daha bir ballistik raket sınağı həyata keçirib.

Metbuat.az bildirir ki, raketin şimal-qərbdəki Kusonqdan atıldığı və bir neçə yüz kilometr irəlilədikdən sonra Yapon dənizinə düşdüyü deyilir. Rəsmi Pxenyanın bu həmləsi Cənubi Koreyada yeni seçilən prezident Mun Jay-inə təzyiq kimi qiymətləndirilir.


Cənubi Koreya prezidenti raket sınağının ardından təhlükəsizlik şurasını toplayaraq Şimali Koreyanın bu əməlini tənqid edib. Ölkənin şimal qonşuları ilə diplomatik danışıqlara hər zaman hazır olduğu, lakin bu, yalnız Şimali Koreyanın siyasi mülayimlik göstərəcəyi təqdirdə ediləcəyi vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR