Azərbaycan karateçiləri İslamiadada yarımfinala çıxıblar

Azərbaycan karateçiləri İslamiadada yarımfinala çıxıblar
10:50 14 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançıları Asiman Qurbanlı və Ayxan Mamayev yarımfinala çıxıblar.

84 kiloqramdan yuxarı çəki üzrə mübarizə aparan Asiman Qurbanlı pakistanlı Məhəmməd Ramzana 5:1 hesabı ilə qalib gəlib.

Ayxan Mamayev (84 kq-a qədər) əlcəzairli karateçi Muad Açaçini 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR