Azərbaycan karateçiləri İslamiadada yarımfinala çıxıblar

Azərbaycan karateçiləri İslamiadada yarımfinala çıxıblar
11:08 14 May 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançıları Asiman Qurbanlı və Ayxan Mamayev yarımfinala çıxıblar.

Publika.az Trend-ə istinadən xəbər verir ki, 84 kiloqramdan yuxarı çəki üzrə mübarizə aparan Asiman Qurbanlı pakistanlı Məhəmməd Ramzana 5:1 hesabı ilə qalib gəlib.

Ayxan Mamayev (84 kq-a qədər) əlcəzairli karateçi Muad Açaçini 5:3 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR