Gəncədə yaşlı qadın özünü qatarın altına atdı

Gəncədə yaşlı qadın özünü qatarın altına atdı
11:12 14 May 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində təqribən 60-65 yaşlı qadın özünü yük qatarın altına ataraq intihar edib.

Milli.Az Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən report-a verilən məlumata görə, hadisə axşam saatlarında Poçt qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttində baş verib.
Belə ki, hələlik kimliyi məlum olmayan 60-65 yaşlı qadın özünü hərəkətdə olan yük qatarının altına ataraq intihar edib. Onun kimliyi və intihar etmə səbəbləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.

Gəncə Şəhər Prokurorluğundan report-a verilən məlumata görə, hadisə nəticəsində qadının meyiti tanınmaz halda düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün deyil. Hazırda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/544579.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR